Ermənistanda polislərə qarşı xüsusi əməliyyat: Saxlanılanlar var

Ermənistanda polislərə qarşı xüsusi əməliyyat:  Saxlanılanlar var
  30 Mart 2021    Oxunub:1337
Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünik bölgəsinin polis əməkdaşlarına qarşı xüsusi əməliyyat keçirib.

Azvision.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə polis əməkdaşı saxlanılıb. Məlumata görə, Sisianın polis rəisi narkotikdən istifadə etdiyi üçün işdən qovulub.
"İki gün əvvəl Sisian Polis İdarəsinin rəisi Avet Ohanesyan iş yerində kokaindən istifadə etməsi səbəbindən vəzifədən azad edilib. Ölkə rəhbərliyi hadisənin detallarını gizli saxlayır. Onun otağında aparılan axtarışlar zamanı xeyli miqdarda narkotik maddələr aşkarlanıb. Ohanesyan 2020-ci ildə Sisiana polis rəisi təyin edilib",- deyə məlumata qeyd edilib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti