“Dünyada Türk Şurasına ciddi maraq var” - Baş katib

 “Dünyada Türk Şurasına ciddi maraq var” -  Baş katib
  30 Mart 2021    Oxunub:1253
Dünyanın müxtəlif ölkələrindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) ciddi maraq var.
Azvision.az xəbər verir ki, bunu Türk Şurasının Baş katibi Bağdad Amreyev “Haber Türk”ə müsahibəsində deyib. Onun sözlərinə görə, 15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istədiklərini bildirib.

“Bu mənada Şura dünya diplomatiyasında parlayan bir ulduzdur”, - deyə Baş katib əlavə edib.

Qeyd edək ki, martın 31-də videokonfrans formatında Türk Şurasının qeyri-rəsmi sammiti keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BağdadAmreyev  





Xəbər lenti