İran Xəzərdə süni ada yaratmaq istəyir

   İran Xəzərdə süni ada yaratmaq istəyir
  30 Mart 2021    Oxunub:1717
İran Xəzər dənizində süni ada yaradaraq, orada istirahət və əyləncə mərkəzi inşa etmək niyyətindədir.

Azvision.az xəbər verir ki, bunu Xəzər dənizinin sahilində yerləşən Nouşəhr şəhərinin meri Əli Amani söyləyib. Mer bildirib ki, sahildən 1 kilometr aralıda yaradılacaq adanın ərazisi 18 hektar olacaq.
Süni adada 300 kater tutumu olan liman, 5 ulduzlu otel, restoranlar, idman kompleksi, hovuz, helikopter meydançası tikiləcək. Süni adanı sahillə geniş yol birləşdirəcək.

Ə. Amani qeyd edib ki, adanın layihələndirilməsi işlərinə İranın turizm təşkilatı da cəlb edilib. Belə ki, layihənin həyata keçirilməsində məqsəd İranın turizm sektorunu inkişaf etdirməkdir.

Azvision.az


Teqlər: İran   Xəzər-dənizi  





Xəbər lenti