Sumqayıtda iki məktəb distant təhsilə keçdi - YENİLƏNİB

Sumqayıtda iki məktəb distant təhsilə keçdi -  YENİLƏNİB
  30 Mart 2021    Oxunub:3918
Sumqayıt şəhərində iki məktəbdə tədris distant formaya keçib.
Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Sumqayıtda 14 və 28 nömrəli tam orta məktəblərdə müəllimlər arasında COVID-19 virusuna yoluxma faktı aşkarlanıb. Bu səbəbdən hər iki məktəbdə 14 gün müddətinə distant tədris tətbiq olunacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sumqayıt   Məktəb  





Xəbər lenti