"Ərəblər yasaqlıqda ov etməyib" – Qoruq rəsmisi

  30 Mart 2021    Oxunub : 1212
   "Ərəblər yasaqlıqda ov etməyib" –    Qoruq rəsmisi
Şəki ovçuluq təsərrüfatı Qax Dövlət Yasaqlığının içərisində deyil. Şəki ovçuluq təsərrüfatının dağlıq hissəsi, orta meşə hissəsi, Acınohur düzündə olan hissəsi var. Acınohur düzündə olan hissəsi Qax Dövlət Yasaqlığı ilə həmsərhəddir. Lakin həmin ərazi Qax Dövlət Yasaqlığının içərisində deyil.
Azvision.az xəbər verir ki, bunu İlusu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov deyib. Onun sözlərinə görə, xarici ölkə vətəndaşlarının Qax Dövlət Yasaqlığında ov etməsi barədə məlumatlar düzgün deyil.

"Bunlar yanlış fikirlərdir. Məhz qoruğun ərazisində bu hadisələrin baş verməsi kimi informasiyalar insanları çaş-baş salır. Şəki ovçuluq təsərrüfatında ov mövsümündə yerli əhalinin, o cümlədən xarici vətəndaşların ov turizmi təşkil edilir. Biz ümumiyyətlə ova icazə verən deyilik və ona yol verən də deyilik. Əgər bizim gözümüzün qarşısında nəsə baş verərsə, biz ona qiymət verə bilərik. Əgər o atılırsa, fiksasiya edib, müvafiq qanunvericiliyə uyğun addım ata bilərik”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ov   Ovçuluq