REAL TV Türkiyə-Rusiya Monitorinq Mərkəzində - VİDEO

   REAL TV Türkiyə-Rusiya Monitorinq Mərkəzində -    VİDEO
  31 Mart 2021    Oxunub:3505
Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev işğaldan azad olunmuş Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reportaj hazırlayıb.
Videoreportajda Birgə Mərkəzin bir günlük fəaliyyəti əks olunub, orada Türkiyə və Rusiya hərbçiləri üçün yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.



Qeyd edək ki, bu il yanvarın 30-da Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır, ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub. Mərkəzdə Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər) xidmət göstərir.

Azvision.az


Teqlər: Ağdam   Birgə-Mərkəz  





Xəbər lenti