Erməni deputat: “Kəlbəcər bizim olmayıb”

 Erməni deputat: “Kəlbəcər bizim olmayıb”
  31 Mart 2021    Oxunub:3055
"Kəlbəcər rayonu bizim olmayıb. Kimsə bundan şübhə edir?"
Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mənin addımım" fraksiyasından olan deputatı Ovik Aqazaryan deyib.

Paşinyanın komandasında yer alan deputat insanları reallıqları qəbul etməyə çağırıb. O, qeyd edib ki, bütün dünya Kəlbəcərin ermənilərə məxsus olmadığını söyləyir və onu geri qaytarmaq lazım idi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Kəlbəcər   Erməni-deputat  





Xəbər lenti