FHN: Ötən gün 29 yanğın olub, 4 nəfər xilas edilib

   FHN:    Ötən gün 29 yanğın olub, 4 nəfər xilas edilib
  31 Mart 2021    Oxunub:1639
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti