Ağdamda açıq səma altında muzey yaradılacaq

 Ağdamda açıq səma altında muzey yaradılacaq
  31 Mart 2021    Oxunub:2195
"Zəfər muzeyi möhtəşəm kompleks muzey olacaq. Muzeyin inşasına layihə tam hazırlanıb təsdiq olunduqdan sonra başlanılacaq. Bu, dünyada bəlkə də unikal bir muzey olacaq".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, daha bir muzey işğaldan azad olunmuş Ağdam şəhərində açıq səma altında yaradılacaq: “Ağdamda açıq səma altında İşğal muzeyinin inşası nəzərdə tutulub. Bu prosesə beynəlxalq ekspertlər də cəlb olunub. Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntıların miqyasını və erməni xislətini, vəhşiliklərini görə bilsinlər”.

Azvision.az




Teqlər: Mədəniyyət   Nazir   Ağdam   Muzey  





Xəbər lenti