Poznerin Tbilisiyə səfəri etirazlara səbəb oldu

   Poznerin Tbilisiyə səfəri etirazlara səbəb oldu
  01 Aprel 2021    Oxunub:2867
Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner Tbilisiyə səfər edib. Onunla birlikdə Gürcüstana Rusiyadan 50-yə yaxın jurnalist və şou-biznes nümayəndəsi gəlib.
Azvision.az -ın məlumatın görə, Poznerin Tbilisiyə gözlənilməz səfəri ciddi etirazlara səbəb olub. İctimai fəallar və müxalifət nümayəndələri onun qaldığı otelin binası qarşısında etiraz aksiyası keçiriblər. Əraziyə polis əməkdaşları cəlb olunub.



Aksiya iştirakçılarının tələbinə görə, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən Pozner təcili ölkədən çıxarılmalıdır.

Poznerin aprelin 1-də doğum gününü Tbilisidə qeyd etmək üçün gəldiyi məlum olub.

Etirazlarla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, rusiyalı telejurnalistin səfəri qanunidir və heç bir pozuntu yoxdur.

Azvision.az


Teqlər: Tbilisi   Pozner  





Xəbər lenti