Dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq

 Dağlıq ərazilərdə qar yağacaq -    Xəbərdarlıq
  01 Aprel 2021    Oxunub:2062
Aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Azvision.az


Teqlər: Hava   ETSN   Qar   Xəbərdarlıq  





Xəbər lenti