Çindən Azərbaycana yenə vaksin gətiriləcək

   Çindən Azərbaycana yenə vaksin gətiriləcək
  01 Aprel 2021    Oxunub:1575
Azərbaycana koronavirusa qarşı növbəti partiya vaksinlərin aprel ayının sonunda gətirilməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Bakıdakı səfiri Qo Min bildirirb.

Diplomat vurğulayıb ki, Çin koronavirusla mübarizədə Azərbaycana hər cür dəstəyi verməyə hazırdır: "Ümid edirik ki, Çin peyvəndləri Azərbaycana pandemiya üzərində qələbə qazanmağa, iqtisadi və sosial inkişafı bərpa etməyə kömək edəcək".

Səfir, eyni zamanda deyib ki, Azərbaycanın Çindən aldığı vaksinin növbəti partiyaları mərhələli şəkildə Bakıya çatdırılacaq.

Azvision.az


Teqlər: Çin   Vaksin  





Xəbər lenti