Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib - VİDEO

   Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib -    VİDEO
  01 Aprel 2021    Oxunub:1753
Aprelin 1-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Ş.Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, təltif edildiyi orden və medallara layiq olduğu xüsusi vurğulanıb.





Azvision.az


Teqlər: Milli-Qəhrəman   Şükür-Həmidov  





Xəbər lenti