Məktəblərdən sonra bağçalar da bağlanır? - AÇIQLAMA

 Məktəblərdən sonra bağçalar da bağlanır? -  AÇIQLAMA
  01 Aprel 2021    Oxunub:3027
“Ali təhsil müəssisələrində dərslər distant formada davam etdirilirdi. Onlarda əyani tədris başlamamışdı".
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətləri orqanlarına daxilində olduğundan onların vəziyyəti təhlil edilərək, müvafiq qərar qəbul ediləcək.

"Təhsil Nazirliyinin bugünkü kollegiya qərarı ümumtəhsil müəssisələrini əhatə edir. Repetitorluq fəaliyyəti Təhsil Nazirliyinin tabeliyində deyil. Biznes sahəsi olduğu üçün bununla bağlı qərarlar Operativ Qərargah tərəfindən veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ali-təhsil  





Xəbər lenti