Daha 2248 yeni yoluxma qeydə alındı, 26 nəfər öldü

 Daha 2248 yeni yoluxma qeydə alındı,  26 nəfər öldü
  01 Aprel 2021    Oxunub:2120
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 860 nəfər müalicə olunaraq sağalıb, 2248 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 263 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 238 min 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib. Aktiv xəstə sayı 21383 nəfərdir.

Son sutka ərzində 14 375, hazırkı dövrədək isə 2 888 033 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti