Nazir maska ​​taxmadığına görə cərimələndi

Nazir maska ​​taxmadığına görə cərimələndi
  03 Aprel 2021    Oxunub:1732
Rumıniyanın səhiyyə naziri Vlad Voykulesku qapalı məkanda tibbi maska ​​taxmadığına görə cərimələnib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buxarest polisindən bildirilib.

Məlumata görə, karantin qaydalarına pozan nazirə 350 ABŞ dolları məbləğində cərimə tətbiq olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Voykuleskunun parlamentin binasında maskasız olduğunu əks etdirən görüntülər yayılıb.

Azvision.az


Teqlər: Nazir   Maska   Cərimə  





Xəbər lenti