Çində ağır qəza: 11 ölü, xeyli yaralı var

 Çində ağır qəza:  11 ölü, xeyli yaralı var
  04 Aprel 2021    Oxunub:1296
Çinin şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, qəza bazar günü səhər saatlarında Tszyansu əyalətinin Şenyan-Haykoy magistral yolunda baş verib.

Hadisə zamanı azı 11 nəfər ölüb, xeyli sayda yaralı var. Qəza ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Çin   Qəza  





Xəbər lenti