Peyvənd olunanların sayı açıqlandı

   Peyvənd olunanların sayı açıqlandı
  04 Aprel 2021    Oxunub:1621
Aprelin 4-də Azərbaycanda 22 min 932 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 481 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-dir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.



Azvision.az


Teqlər: Peyvənd   Koronavirus  





Xəbər lenti