“Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var” - Nazir müavini

   “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var” -    Nazir müavini
  04 Aprel 2021    Oxunub:1290
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
Azvision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:

“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımı qədər olduqca proses ən tez bir zamanda reallaşacaq”.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti