Çexiyada qatar qəzası: Ölən və yaralı var

Çexiyada qatar qəzası:  Ölən və yaralı var
  04 Aprel 2021    Oxunub:2179
Çexiyanın şimalında yerləşən Teplitse şəhərinin Svetets kəndi yaxınlığında iki yük qatarı toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, hadisənin təfərrüatları hələlik məlum deyil. Polis faktla bağlı araşdırma başladıb.

Qəzanın baş verdiyi ərazidə dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb.

Azvision.az


Teqlər: Çexiya   Qatar   Qəza  





Xəbər lenti