Britaniyada etiraz aksiyaları: Polislə qarşıdurma olub

Britaniyada etiraz aksiyaları:    Polislə qarşıdurma olub
  05 Aprel 2021    Oxunub:2112
Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib.
Azvision.az xəbər verir ki, nümayişçilər 25 əyalətdə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.

1500-dən çox şəxsin iştirak etdiyi aksiyada “Qanunu öldür” şüarı səsləndirilib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma olub. 7 nəfərin həbs edildiyi bildirilir.

Bundan əlavə, London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.

Azvision.az


Teqlər: Britaniya   Etiraz   Aksiya  





Xəbər lenti