Paşinyanın əleyhdarları yenidən aksiya keçirəcək

  Paşinyanın əleyhdarları yenidən aksiya keçirəcək
  05 Aprel 2021    Oxunub:1902
Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.
Azvision.az xəbər verir ki, sabaha təyin edilən aksiya “Vətənin xilası hərəkatı” tərəfindən təşkil olunacaq.

Hərəkatın koordinatoru İşxan Saqatelyan vətəndaşları aksiyalara qoşulmağa çağırıb. Müxalifət fəalı xalqı “pisliyin hakimiyyətdən uzaqlaşdırılması”, “milli və güclü dövlət” üçün mübarizəyə səsləyib.

Bundan əlavə, Ermənistan müxalifətinin birləşdiyi "Vətənin xilası hərəkatı" bölgələrdə də aksiyalara başlayır.

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti