“Türkiyə mina xəritələrinin verilməsini tələb edir” - Səfir

 “Türkiyə mina xəritələrinin verilməsini tələb edir” -   Səfir
  05 Aprel 2021    Oxunub:2709
Türkiyə bütün məsələlərdə olduğu kimi, minaların təmizlənməsi məsələsində də Azərbaycana əlindən gələn dəstəyi verməyə çalışır.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, indiyə qədər Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir:
“Türkiyə bu xəritələrin tez bir zamanda Azərbaycana verilməsini tələb edir. Eyni zamanda minaların təmizlənməsi məsələsində də Azərbaycana dəstək veririk. Hazırda Türkiyənin minatəmizləmə qrupları da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edirlər”.

Azvision.az


Teqlər: Türkiyə   Səfir   Erkan-Özoral  





Xəbər lenti