Hikmət Hacıyev: “Minalar ətraf mühitə ciddi ziyan vurur”

     Hikmət Hacıyev:  “Minalar ətraf mühitə ciddi ziyan vurur”
  05 Aprel 2021    Oxunub:1415
Minalar ətraf mühitin çirklənməsinə səbəb olur. Minalanmış ərazilərlə minalanmamış əraziləri müqayisə edərkən minalanmış ərazilərin nə qədər çirklənməyə məruz qaldığını aydın görmək mümkündür.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

Prezidentin köməkçisi bildirib ki, minaların və partlamamış sursatların tərkibindəki zərərli maddələr ətraf mühitə xeyli dərəcədə ziyan vurur: “Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Minalanmış ərazilərin xəritəsini verməməklə həm insanların ölümünə, ağır yaralanmasına səbəb olur, həm də ətraf mühitə ciddi ziyan vurur”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Prezidentin-köməkçisi  





Xəbər lenti