“Rusiya Ukrayna üçün təhlükə yaratmır” - Peskov

 “Rusiya Ukrayna üçün təhlükə yaratmır” -  Peskov
  05 Aprel 2021    Oxunub:1856
Rusiya dünyanın heç bir ölkəsi, o cümlədən Ukrayna üçün təhlükə yaratmır.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya öz təhlükəsizliyinə hər zaman diqqətlə yanaşır. Peskovun sözlərinə görə, Rusiya ordusunun ölkə ərazisindəki hərəkəti digər dövlətlərdə narahatlıq yaratmamalıdır.

"Rusiya ordusu ərazilərimizdə ölkəmizin etibarlı təhlükəsizliyini təmin etməyi lazım bildiyi istiqamətlərdə hərəkət edir", - Kreml sözçüsü Rostov vilayətində qoşunların hərəkəti barədə məlumatlara münasibət bildirərkən deyib.

"Bu, heç kimdə ən kiçik bir narahatlığa səbəb olmamalıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriPeskov  





Xəbər lenti