“Paşinyan yenidən baş nazir seçilən kimi anti-Rusiya mövqeyi tutacaq” - Semyon Baqdasarov

 “Paşinyan yenidən baş nazir seçilən kimi anti-Rusiya mövqeyi tutacaq” -  Semyon Baqdasarov
  05 Aprel 2021    Oxunub:2721
Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyanı təhlükəli rəhbər adlandırıb.
Azvision.az xəbər verir ki, politoloq Paşinyanın seçkilərdən sonra yenidən ölkəyə rəhbərlik etmək ehtimalından danışıb.

“Ermənistanın baş naziri növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb. Paşinyan yalnız Ermənistan üçün deyil, həm də bütövlükdə erməni xalqı üçün bir bəlaya çevrildi. Nikolun hakimiyyətdə olması erməni mədəniyyətinin, dilinin itirilməsi deməkdir. O, xalqın düşmənidir və çox böyük təhlükə sayılır".

Rusiyalı politoloq daha sonra xatırlatma edib ki, baş nazir hakimiyyətə Sorosun köməyi ilə yiyələnib və Qərb xüsusi xidmət orqanları ilə sıx əlaqələrə malikdir. "Vaşinqtonun strateji hədəfi aydındır - Paşinyan yenidən baş nazir seçilən kimi anti-Rusiya mövqeyi tutacaq. O, Rusiyanın Cənubi Qafqazdan siyasi cəhətdən uzaqlaşadırılmasını həyata keçirəcək".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Rusiya  





Xəbər lenti