ABŞ Ukraynaya görə Moskvadan izahat istədi

  ABŞ Ukraynaya görə Moskvadan izahat istədi
  06 Aprel 2021    Oxunub:1705
Rəsmi Vaşinqton Moskvadan Ukrayna sərhədindəki təxribatın izahatını istəyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın hərəkətlərini, o cümlədən Ukrayna sərhədinə güc toplamasını eskalasiya kimi qəbul edir.

"Biz ukraynalı həmkarlarımıza, Rusiyanın özünə birbaşa bildirdik ki, bu qorxutma cəhdləri və aqressiya qarşısında biz Ukraynanı dəstəkləyirik", - deyə Prays vurğulayıb.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında ABŞ lideri Cozef Bayden Rusiyanın aqressiyası qarşısında Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib.

Rusiya xarici işlər nazirinin müşaviri Sergey Ryabkov dərhal ABŞ-a cavab verib. O bildirib ki, Rusiya öz ərazisində vacib bildiyi addımları atır və ABŞ-ın siqnallarına əhəmiyyət vermir.

Azvision.az


Teqlər: Rusiya   Ukrayna   ABŞ  





Xəbər lenti