Ovannisyan vəzifəsindən istefa verdi

   Ovannisyan vəzifəsindən istefa verdi
  06 Aprel 2021    Oxunub:2897
Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, nazirliyin kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Ovannisyan bir həftə əvvəl istefa ərizəsi yazıb. Buna səbəb kimi onunla yeni müdafiə naziri Vaqarşak Arutyunyan arasında fikir ayrılığının olması göstərilib.

Qeyd edək ki, Ovannisyan İkinci Qarabağ müharibəsi dövründə döyüşlər barədə yalan məlumatlar yaymaqla təxribatçı fəaliyyətlə məşğul olub.

Azvision.az


Teqlər: ArtsrunOvannisyan  





Xəbər lenti