“Düşmən faydalı yataqlarımızı da dağıdıb” - Nazir müavini

   “Düşmən faydalı yataqlarımızı da dağıdıb” -    Nazir müavini
  07 Aprel 2021    Oxunub:2116
"İşğaldan azad olunmuş torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür".

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Zəngilanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqli üzvüdür:

"Beynəlxalq mütəxəssislər bizimlə birlikdə monitorinqlərdə iştirak edəcəklər. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb".

Nazir müavini qeyd edib ki, mənfur düşmən faydalı yataqlarımızı da dağıdıb: "Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə evləri yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Bunlarla bağlı araşdırma aparılır və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FirdovsiƏliyev   Zəngilan  





Xəbər lenti