Firdovsi Əliyev Zəngilanda: “Hamımız səfərbər olmalıyıq”

     Firdovsi Əliyev Zəngilanda: “Hamımız səfərbər olmalıyıq”
  07 Aprel 2021    Oxunub:2323
"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru göstərməkdir".
Azvision.az xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub.

"İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə, ermənilərin dağıtdığı ərazilərin miqyası daha çox olacaq".

Nazir müavini qeyd edib ki, əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir.

"Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə, ağacəkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan  





Xəbər lenti