Peskovdan “İsgəndər” açıqlaması: “Məlumatım yoxdur”

  07 Aprel 2021    Oxunub : 1240
 Peskovdan “İsgəndər” açıqlaması:  “Məlumatım yoxdur”
Kremldə Azərbaycan hərbçilərinin Qarabağda qalıqları aşkar edilmiş "İsgəndər" raketi barədə hər hansı məlumatı yoxdur.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlərin bu mövzu ilə bağlı sualına cavab verən Peskov bildirib: "Raket barədə heç nə deyə bilmərəm, məlumatım yoxdur".
Xatırladaq ki, martın 15-də Şuşada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin qalıqları aşkarlanıb. Tədqiqat zamanı raketin üzərində yazılan 9M723 indeks kodu yoxlanılıb. Məlum olub ki, Şuşaya atılan "İskəndər-M" raketidir.

"Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir", - ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov mətbuata açıqlamasında deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsgəndər