"Qazax ədəbiyyatı həftəsi"nin açılışı olub - FOTO

"Qazax ədəbiyyatı həftəsi"nin açılışı olub -  FOTO
  08 Aprel 2021    Oxunub:4514
Qazaxıstanla Azərbaycan arasında mədəniyyət və elm sahəsində uzunmüddətli əməkdaşlıq proqramının həyata keçirilməsi çərçivəsində səfir Serjan Abdıkarimov Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını ziyarət edib.
Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, diplomat kitabxananın direktoru Məmməd Əliyev ilə görüşüb. Tərəflər cari ilin 7-14 aprel tarixlərində keçiriləcək, Qazaxıstanın müstəqilliyinin 30 illiyi şərəfinə "Qazax ədəbiyyatının həftəsinin" açılışını ediblər.

M.Əliyev bildirib ki, bu layihə iki ölkənin ikitərəfli mədəniyyət və elmi əməkdaşlığının möhkəmləndirilməsində mühüm töhfə verəcək.

S.Abdıkarimov iki ölkənin gəncləri naminə təhsil, kitab mübadiləsi və elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşün yekununda tərəflər kitabxana işində elmi-informasiya əməkdaşlığını aktivləşdirmək, Qazaxıstanın və Azərbaycanın elmi kitabxanalar və müəssisələr arasında müvafiq sazişlərin imzalamaq məsələsini razılaşdırıblar.







Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti