Ermənistanın müharibə itkilərini ifşa edən görüntü - FOTO
Tanınmış erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan son aylarda Ermənistanın Yerablur hərbi panteonunda dəfn olunmuş hərbçilərlə bağlı diqqətçəkən paylaşım edib. Belə ki, o, sputnikdən çəkilən görüntünü şərh edərək, məzarlıqda yeni qəbirlərin peyda olunduğunu bildirib.
Təqdim etdiyimiz fotodan aşkar görünür ki, müharibədən əvvəlki dövrlə müqayisədə panteonun ərazisi ən azı iki dəfə genişlənib. Bu isə Ermənistanın İkinci Qarabağ müharibəsində verdiyi itkilərin çoxsaylı olması ilə əlaqədardır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Panteon İtki Ermənistan