“Ermənistanın məscidləri dağıtması əsl vandalizmdir” - İƏT-in Baş katibi

 “Ermənistanın məscidləri dağıtması əsl vandalizmdir” -    İƏT-in Baş katibi
  09 Aprel 2021    Oxunub:2554
30 illik işğaldan sonra Azərbaycan torpaqları azad edilib və əsl sahiblərinə qaytarılıb. Bu münasibətlə Azərbaycan Prezidentini və xalqını təbrik edirəm.
Azvision.az xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Bakıda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

İƏT rəhbəri bildirib ki, Azərbaycan torpaqlarının azad edilməsi bütün İslam dünyasının qələbəsidir: "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri olan Azərbaycan öz hüquqlarını bərpa edib. Bu, həqiqətən də tarixi hadisə və zəfərdir".

Baş katib, həmçinin qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Onun sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.

"Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək", - deyə İƏT-in baş katibi vurğulayıb.

Azvision.az


Teqlər: İƏT   Qarabağ   Məscid  





Xəbər lenti