“Azərbaycan BMT üçün vacib ölkədir” - Volkan Bozkır

   “Azərbaycan BMT üçün vacib ölkədir” -    Volkan Bozkır
  09 Aprel 2021    Oxunub:3058
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində COVID-19-la mübarizə məqsədilə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edərək liderlik nümayiş etdirdi.
Azvision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır bildirib. Onun sözlərinə görə, Azərbaycan lideri bu təşəbbüsü ilə dünyaya çox önəmli mesajlar verdi və təşəbbüs uğurla həyata keçirildi.

Volkan Bozkır onu da bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi vəzifəsini uğurla yerinə yetirir.

"Azərbaycan BMT üçün vacib ölkələrdən biridir" - deyə Bozkır qeyd edib.

Azvision.az


Teqlər:





Xəbər lenti