“Bütün şəhid ailələri sosial ödənişlərlə təmin olunacaq” - Nazir
“9 minə yaxın şəxs müxtəlif sosioloji-psixoloji reabilitasiyaya və digər xidmətlərə cəlb edilib. 7 mindən çox şəxsə 13 mindən çox sosial ödəniş həyata keçirilib. Bu proses davamlı olaraq icra ediləcək. Bütün şəhid ailələri, müharibə əlilləri sosial ödənişlərlə təmin olunacaq. Bu dövrdə 15 qazimizə tam elektron protezlər təqdim edilib. Bu proses il ərzində əzalarını itirmiş, amputasiyası olan, əlilliyi olan bütün şəxsləri əhatə edəcək”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vətən-müharibəsi Sosial-ödəniş