Qırğızıstanda referendum başa çatıb - YENİLƏNİB

 Qırğızıstanda referendum başa çatıb -  YENİLƏNİB
  11 Aprel 2021    Oxunub:3740
Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, saat 20:00-da 2483 seçki məntəqəsi bağlanıb. Səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir. Buna görə də rəqəmlər dəyişəcək.

Qeyd edilib ki, səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.

***
(09:35)

Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Azvision.az xəbər verir ki, ölkə üzrə 2435 seçki məntəqəsi bu gün saat 08:00-dan işə başlayıb. Siyahılara səsvermə hüququ olan 3.3 milyon seçicinin adı salınıb.

Qırğızıstan vətəndaşları 12 saat ərzində - məntəqələr saat 20.00-da bağlanana qədər səsvermədə iştirak edə biləcəklər.

Qeyd edək ki, seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyir.

Azvision.az


Teqlər: Qırğızıstan   seçki  





Xəbər lenti