Türkiyədə zəlzələ: Sakinlər təşvişə düşdü

 Türkiyədə zəlzələ:  Sakinlər təşvişə düşdü
  12 Aprel 2021    Oxunub:2504
Türkiyənin Çorum vilayətində 4,2 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində insan itkisi qeydə alınmayıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti