Millimiz Yunanıstanı darmadağın etdi

 Millimiz Yunanıstanı darmadağın etdi
  15 Aprel 2021    Oxunub:3544
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Azvision.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan yığma komandamız Yunanıstan millisini qəbul edib. Bakı İdman Sarayında təşkil olunan görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi beş oyundan sonra qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı.

Azvision.az



Teqlər: Milli   Futzal  





Xəbər lenti