Dünyada koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

 Dünyada koronavirusla bağlı son vəziyyət -  STATİSTİKA
  16 Aprel 2021    Oxunub:2567
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 139 milyon 692 min 704 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 999 min 553 nəfərdir. İndiyədək 118 milyon 751 min 107 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 805 444 nəfər koronavirusa yoluxub, 13 036 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 224 139 nəfər virusa yoluxub, 578 993 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 14 291 917 nəfərdə virus aşkar edilib. Xəstələrdən 174 335 nəfər həyatını itirib. Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 758 095 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 365 954 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 187 879 yoluxma, 100 073 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 675 153 nəfər virusa yoluxub ki, onlardan 104 398-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti