ABŞ-da atışma: 8 nəfər ölüb, yaralılar var

 ABŞ-da atışma: 8 nəfər ölüb, yaralılar var
  16 Aprel 2021    Oxunub:4144
ABŞ-ın İndianapolis şəhərində atışma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Atışma nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.

Qeyd edilib ki, daha bir neçə yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, silahlı insident "FedEx" poçt şirkətinin şöbəsində baş verib. Hadisəni törədən şəxs özünə qəsd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti