Rusiyadan cavab: Britaniya səfiri XİN-ə çağırıldı

  16 Aprel 2021    Oxunub : 1892
  Rusiyadan cavab:  Britaniya səfiri XİN-ə çağırıldı
Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Bildirilib ki, XİN-ə çağırılan britaniyalı diplomat jurnalistlərə heç bir açıqlama verməyib.

xatırladaq ki, dünən Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədində hərbi potensialını gücləndirməsi, qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə əlaqədar bu ölkənin səfiri Britaniya XİN-ə çağırılıb”, - deyə açıqlamada qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BöyükBritaniya