Şuşada bərpa işləri necə gedir? - AÇIQLAMA

 Şuşada bərpa işləri necə gedir? -  AÇIQLAMA
  16 Aprel 2021    Oxunub:3490
“Ümid edirəm ki, yaxın vaxtlarda Vaqifin Şuşadakı məqbərəsinin təmiri yekunlaşacaq”

Bunu Azvision.az-a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov deyib. Onun sözlərinə görə, məqbərənin bərpa işləri yüksək səviyyədə aparılır.
“Məndə olan məlumata görə, Vaqif məqbərəsinin təmiri tamamlanır, ətrafında düzəlişlər gedir. Mənə oradan fotolar göndəriblər. Çox gözəldir. Əvvəlki qaydada bərpa olunur. Bir şuşalı kimi görülən işləri bəyənirəm və əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Z. Abbasov Şuşa qalasının Gəncə qapısında da təmir işlərinin tamamlanma mərhələsində olduğunu söyləyib.

“Bir müddət əvvəl Şuşa Xalça Muzeyinin təmirinə başlanılıb. Ola bilsin ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yayda Şuşaya səfər etsin və Vaqif məqbərəsinin açılışını ölkə başçımızla birgə həyata keçirsin. Hazırda Şuşada bərpa-yenidənqurma işləri sürətlə davam edir. Bərpa prosesi qrafik əsasında reallaşdırılır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   Vaqif   Məqbərə  





Xəbər lenti