Merkel "AstraZeneca" vaksini ilə peyvənd olundu

Merkel "AstraZeneca" vaksini ilə peyvənd olundu
  16 Aprel 2021    Oxunub:3115
Almaniya Kansleri Angela Merkel növbəlilik əsasında AstraZeneca vaksini ilə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Mən bu gün AstraZeneca ilə birinci peyvəndi etdirdiyim üçün şadam. Vaksinasiya kampaniyasında iştirak edənlərə, eləcə də peyvənd edənə minnətdaram. Peyvəndləmə - pandemiyanı dəf etməyin açarıdır”, - Zaybert Angela Merkelin Twitterdəki bu sözlərini sitat gətirib.

Azvision.az



Teqlər: Merkel   vaksin  





Xəbər lenti