Azərbaycanda neçə nəfər peyvənd olunub?

  16 Aprel 2021    Oxunub : 2231
   Azərbaycanda neçə nəfər peyvənd olunub?
Aprelin 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 min 542 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22 min 34, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5508 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 299 min 323-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 859 min 338, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 439 min 985 nəfərdir.



Azvision.az

Teqlər: Peyvənd