Putinin illik gəliri artıb

  16 Aprel 2021    Oxunub : 2423
   Putinin illik gəliri artıb
Rusiya Prezidenti Vladimir Putinin illik gəliri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə Putin 9,994 milyon rubl qazanc əldə edib. Rusiya Prezidentinin 2019-cu illə müqayisədə gəliri 270 min rubl artıb.

Belə ki, Putin 2019-cu ildə 9,726 milyon, 2018-ci ildə isə 8,648 milyon rubl qazanıb.

Azvision.az

Teqlər: Putin   Rusiya