Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır

   Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır
  17 Aprel 2021    Oxunub:3803
Rusiya ABŞ-ın 10 diplomatına ölkədən çıxmağı təklif edir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Vaşinqtona cavab verəcək.

"Bizə verilən siyahıya 10 diplomat salınıb. Xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Buna qarşılıqlı cavabı verəcəyik. Biz də ABŞ-ın 10 diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, - deyə Lavrov vurğulayıb.

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi Vaşinqton Rusiyanın 10 diplomatının ölkədən çıxarılmasına qərar verib.

Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti