Avropa çempionatı: Komandamız 11-ci pillədədir

   Avropa çempionatı:    Komandamız 11-ci pillədədir
  17 Aprel 2021    Oxunub:3651
Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb.
Turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb. Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.

Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti