Qubadlıda 118 minaatan mərmisi aşkarlanıb

   Qubadlıda 118 minaatan mərmisi aşkarlanıb
  17 Aprel 2021    Oxunub:2309
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: DİN   Qubadlı  





Xəbər lenti