Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır

   Avropa çempionatı:    Son 4 cüdoçumuz mübarizəyə başlayır
  18 Aprel 2021    Oxunub:2890
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq.
Azvision.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edəcək. 100 kq-dan yuxarı kişi cüdoçu Uşangi Kokauri və yeganə qadın cüdoçu İrina Kindzerska yarışa 1/8 finaldan başlayacaq.

Kişilər, 100 kq

1/16 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov - Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar, +78 kq

1/8 final. İrina Kindzerska - Lea Fonteyn (Fransa)

Qeyd edək ki, bu günədək Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib.

Azvision.az


Teqlər: Cüdo   Avropa-Çempionatı  





Xəbər lenti